Haqqımızda
Akademik
Əyləncəli
Müzakirəli
Forumlar
Hüquq Müzakirə Forumları tədris ili ərzində mütəmadi olaraq müxtəlif hüquqi və aktual mövzular üzrə müzakirələrin təşkilini həyata keçirir. Keçirilmiş forumların xülasələri, eləcə də müzakirələr zamanı səsləndirilən sual və cavablar layihənin internet və sosial şəbəkə səhifələrində paylaşılaraq daha geniş auditoriyaya təqdim olunur. Bununla yanaşı, fəaliyyət istiqamətlərinin inkişaf etdirilməsi məqsədilə yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıqların qurulması və birgə təşəbbüslərin həyata keçirilməsi də layihənin əsas prioritetlərindən biridir.
Tələbə Elmi Cəmiyyəti
Tələbələrin öz biliklərini paylaşaraq müzakirə etməsi üçün etməsinə şərait yaradan Hüquq Müzakirə Forumu 2014-cü ildən Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərir. Tələbə Elmi Cəmiyyəti akademik hüquqi layihələri ilə ölkədəki hüquq təhsilinin inkişafına töhfə verən tələbə təşkilatıdır.
